Zəlzələ İndoneziyanı viran qoydu: Ölənlər və yaralıların sayı açıqlandıbackend

Zəlzələ İndoneziyanı viran qoydu: Ölənlər və yaralıların sayı açıqlandı

İndoneziyanın şərqində baş verən zəlzələ və ardınca qeydə alınan afterşoklar nəticəsində ölənlərin sayı 68-ə çatıb, xəsarət alanların sayı isə 200-ü ötüb.

KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması üzrə Milli Agentlik məlumat yayıb.

Qurumun məlumatına görə, itkin düşənlərlə bağlı hər hansı müraciət daxil olmayıb. Bununla belə, mümkün qurbanların axtarışları davam etdirilir.

Hakimiyyət zərərçəkənlərə ərzaq, çadır və digər zəruri vasitələrdən ibarət humanitar yardım çatdırmaq üçün təyyarələr hazırlayıb.

Zəlzələ nəticəsində təxminən 500 evə ziyan dəyib. Ölkənin bir neçə rayonunda səhra xəstəxanalarının qurulması planlaşdırılır.

“Reuters”in son məlumatına görə, zəlzələdən sonra bölgədə təxminən 1 600 afterşok qeydə alınıb. Minlərlə insan təhlükəsizlik məqsədilə müvəqqəti sığınacaqlara yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*