Zəngəzurun Teq, Aravus və Xınzirək kəndlərinin sakinləri ot toplamaq üçün Azərbaycan Silahlı Qüvvələrindən icazə alıblar.
KONKRET.az erməni saytlarına istinadən bildirir ki, bunu erməni zabiti Arman Tatoyan deyib.
Onun sözlərinə görə, Teq, Aravus və Xinzirək kəndlərinin sakinləri Andrun Karer bölgəsində ot çalıblar.
“Ancaq son günlər bu bölgə tamamilə Azərbaycanın silahlı qüvvələrinin nəzarəti altındadır. “Kənd sakinləri bölgəyə girmək üçün bir Azərbaycan əsgərindən icazə almalıdırlar” -deyə Tatoyan bildirib.
Taq Nerses Shaduns kənd icmasının sədrinin sözlərinə görə, Azərbaycan əsgərlərinin kəndlilərə təcavüz etməsi halları qeydə alınmayıb:
“Bu biçənək Azərbaycan əsgərlərinin yerləşdirildiyi yerdən 300 metr məsafədədir. Ancaq bütün bu sahələrə nəzarət edirlər”.
Xuraman Etibarlı
KONKRET.az
