“Elə bilirlər ki xidmət belə olmalıdır” – Tanınmış jurnalist “Ziraat Bank Azərbaycan”ı tənqid etdibackend

"Elə bilirlər ki xidmət belə olmalıdır” - Tanınmış jurnalist “Ziraat Bank Azərbaycan”ı tənqid etdi

Türkiyənin Ziraat Bankı”nın tarixi 1863-cü ildən başlayır. Bildiyim qədəri ilə Türkiyədə ən köklü banklardan hesab edilir. Bir neçə il öncə Azərbaycanda Bakı filialı açıldı. İlk baxışdan bu qədər zəngin tarixə malik bankın Azərbaycanda ən yüksək səviyyədə xidmət təqdim edəcəyini düşünmək olardı. Çünki, Azərbaycanın özəl bankçılıq tarixi 1992-ci ildən başlayır və hələ bizim bank sektoru öyrənmə mərhələsini keçir. Ziraat Bank Azərbaycan ASC Azərbaycan bank sektoru üçün rəqib ola bilmədi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Politoloq və jurnalist Aqil Məmmədov səsləndirib. O bildirib ki, bir neçə dəfə xidmət almaq üçün bu bankın İçəri Şəhər metrosunun qarşısında yerləşən ofisinə müraciət edib: “İlk dəfə valyuta dəyişmək üçün müraciət etdikdə şəxsiyyət vəsiqəsi istədilər. Mən e-gov.az sistemindən vəsiqəmi təqdim etsəmdə bu sənədi qəbul etmədilər. Sual verdim ki, kredit verilən zaman qəbul edirsinizmi e-gov.az sistemindən təqdim edilən arayışları. Qeyd etdilər ki, bəli. Ancaq 50 ABŞ dollarını milli valyutaya dəyişmək üçün e-gov.az sisteminin təqdim etdiyi sənədi qəbul etmirlər. Yanvarın 6-da 3 iş gününə TL debet kartı almaq üçün müraciət etmişəm. Bu gün “Ziraat”ın İçəri şəhər ofisinə yaxınlaşmışam və 30 dəqiqə axtarışdan sonra, “gedin 1-ci gün gələrsiniz” deyirlər Həm də bu elanı verəndə kassada əyləşən xanım nə üzr istəyir, nə də izahat verir. Elə bilirlər ki, xidmət belə olmalıdır”.

Bir bir və ya daha çox şəxs və ayaqüstə duran insanlar şəkili ola bilər

Aqil Məmmədov əlavə edib ki, uzun illər Azərbaycan Beynəlxalq Bankı-nın, Xalqbank-ın, ATB-nin, və son 1 il ərzində Unibank-ın xidmətindən istifadə edib: “Hələ Azərbaycan bankları tərəfindən belə aşağı səviyyəli xüdmətlə rastlaşmamışam. Zəngin tarixin olması hələ keyfiyyətin yüksəkliyi anlamına gəlmir. Ziraat Azərbaycan bizim banklardan xidmətin təşkilini öyrənsə, onlara faydalı olardı”.

şviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*