“Zerkalnı” nömrələrin siyahısı ictimaiyyətə niyə açıqlanmır?backend

“Zerkalnı” nömrələrin siyahısı ictimaiyyətə niyə açıqlanmır?

Son illər avtomobil nömrələrinin, xüsusilə “zerkalnı” nömrələrin əldə olunması ilə bağlı şəffaflıq məsələləri tez-tez müzakirə olunur. Vətəndaşlar nömrələrin açıq platformada yayımlanmadığını, eləcə də onların onlayn şəkildə bron edilməsi üçün imkanlarının olmadığını bildirirlər.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, nömrə nişanlarının satışının açıq platformada həyata keçirilməsi təmin olunmalıdır.

O qeyd edib ki, qanunvericilikdə də bu məsələ tənzimlənir: “2019-2023-cü illəri əhatə edən Dövlət Proqramında bu barədə qeyd olunmuşdu, ancaq proses hələlik reallaşmayıb. Düşünürəm ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da nömrə nişanlarının polisin rəsmi saytında açıq formada satışı həyata keçirilməlidir. Bu daha maraqlı, mütərəqqi olar. İnsanlar daha rahat seçim edə bilərlər. Bəlkə də belə açıq platformada satış məsələsi həyata keçirilsə, inanıram ki, insanların bu nömrə həvəsi də qalmaz. Çünki bəzi vətəndaşlar həyatın dadını bu nömrənin gözə gəlimli olmasında görürlər, həyatın marağını bunda görürlər. Boş-boş yanaşmalardır… Bəziləri deyirlər ki, gərək mənim nömrəm bahalı ola, bir evin qiymətinə nömrə alırlar… Əldən-ələ, hər yola əl atırlar ki, o nömrənin sahibi olsunlar. Amma indi mümkün deyil, yol polisi də buna imkan vermir. Yanlız nömrənin sahibi, yeni avtomobil alarsa, həmin nömrəni öz avtomobilinə qeydiyyat keçirə bilər. Hazırda kimsə gedib başqasından nömrə alıb avtomobilində istifadə edə bilmir. Düşünürəm ki, gələcəkdə rəsmi internet portalında bu nömrələrin açıq satışı həyata keçirilə bilər ki, insanlar da rahat seçim edə bilsinlər. Müxtəlif platformalarda nömrə satışı ilə məşğul olanlara ciddi yanaşılmalı deyil, əksəriyyəti dələduzlardır. Vətəndaşlardan yalandan pul alırlar, sonradan məlum olur ki, nömrənin sahibinin ümumiyyətlə o nömrənin satışda olmasından xəbəri yoxdur. Bu mövzuda diqqətli olmaq lazımdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*