“Bakı “DQR” ərazilərinin 75 faizinin Azərbaycan tərəfindən tanınması müqabilində erməni təxribatçılarını geri qaytarmağa hazırdır”.
KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bu fikri Ermənistanın AŞPA-dakı nümayəndəsi Naira Zohrabyan səsləndirib.
Zöhrabyan deyib: “Seyidov [Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri] Ermənistanın sülh müqaviləsi imzalamasına razı olduğu təqdirdə Azərbaycanın terrorçuların geri qaytarılması məsələsini müzakirə etməyə hazır olduğunu söylədi. Yəni Qarabağın 75%-i daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaq. O zaman onlar oğlanlarımızın geri dönməsini düşünməyə hazırdırlar”.
Açıq-aşkar görünür ki, Zohrabyan Seyidovu düzgün başa düşməyib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığı təqdirdə, Bakı erməni təxribatçılarının geri qaytarılması məsələsini nəzərdən keçirməyə hazırdır. İrəvanın başqa variantı yoxdur. Başqa variantı budur: Ermənistan “Böyük Ermənistan” xülyasını əl çəkməsə, nəticədə dövlətçiliyi də yox olacaq.
Xuraman Etibarlı
KONKRET.az
