Aİ-nin Avropa Sülh Aləti çərçivəsində Ermənistana yardım göstərilməsi və viza rejiminin liberallaşdırılması dialoqunun başlanması ilə bağlı qərarları ən böyük blefdir, hakimiyyətin xalqa veriləcək başqa bir popkorn parçasıdır”.
KONKRET.az xəbər verir ki, bu sözləri Naira Zohrabyan bildirib.
Naira Zohrabyan vizanın liberallaşdırılması üzrə dialoqun başlanması ilə bağlı bəyanatları digər ölkələrlə bağlı analoji qərarlar kontekstində nəzərdən keçirməyi təklif edir.
“Vizanın liberallaşdırılması ilə bağlı danışıqlar 10, 20 və ya 30 il davam edə bilər. Aİ-yə üzv olan 27 ölkənin hamısının parlamentləri əvvəlcə onu ayrıca müzakirə etməli və ratifikasiya etməlidir. Heç kimə sirr deyil ki, Fransa həmişə Ermənistanla viza rejiminin liberallaşdırılmasının əleyhinə səs verən ilk ölkə olub, çünki Fransa Rusiya və ABŞ-dan sonra üçüncü ən böyük diaspora malikdir və təbii ki, Fransanın obyektiv qorxusu var ki, əsas miqrant axını Fransaya gedəcək. Bu gün ciddi miqrasiya siyasəti aparan Aİ parlamentlərinə belə siyasi qüvvələr, sağçılar daxil olub.
Eləcə də Moldova və Gürcüstanın eyni nümunəsi (bu ölkələrlə liberallaşdırma danışıqları xeyli əvvəl başladı) göstərdi ki, bu, nəinki həmin ölkələr üçün, həm də Aİ ərazisində qeyri-qanuni olan gürcülər və moldovalılar üçün heç bir problemi həll etmədi”, – deyə o, ətraflı məlumat verib.
Avropaya inteqrasiya daimi komissiyasının keçmiş sədri əmindir ki, hakimiyyətə Ermənistana tətbiq edilən yeni, gözlənilən güzəştləri ört-basdır etmək üçün bu proses lazımdır.
“Nikol hökuməti tezliklə sərhədlərin açılacağına ümid yaradır, Parisin mərkəzi küçəsində oturub kapuçino içəcəyini düşünən insanlara daha bir şəkər həbi verir.
Sadə bir misal verim: Türkiyə 1987-ci ildən Aİ-yə üzvlük üçün müraciət edib və 37 ildir ki, Türkiyənin müraciəti hələ də müzakirə olunur”, – deyə Naira Zohrabyan fikrini yekunlaşdırıb.
Natiq Səlim,
KONKRET.az