Zurabaşvili müxalifətə “Gürcüstan Xartiyası” təklif etdibackend

Zurabaşvili müxalifətə "Gürcüstan Xartiyası” təklif etdi

Prezident Salome Zurabişvili Gürcüstandakı parlament seçkilərində vahid cəbhədən çıxış etmək və ölkədəki Avropayönlü müxalifət partiyalarını birləşdirmək məqsədilə “Gürcüstan Xartiyası”adlı fəaliyyət planı təklif edib.

KONKRET.az gürcü mediasına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Müstəqillik Günü münasibətilə Orbeliani Sarayının qarşısındakı konsertdən əvvəl açıqlama verib.

Zurabişvili xəbərdarlıq edib: “Mənim bu bəyanatım boş şey deyil”.

Onun sözlərinə görə, bu gün Gürcüstanda çoxları qalibiyyət formulunu, səslərini və gözləntilərini kimə etibar edəcəyini görməyə bilər: “Bilirəm ki, çoxları seçki vədlərinə inanmır. Əhəmiyyətli şəkildə siyasətçilərə inam itib. Bizim keçmişimiz var. Lakin indi nihilizmə, tamahkarlığa və fərdi siyasi ambisiyalara təslim olmaq vaxtı deyil”.

Parlament seçkilərinə 5 ay qalmış təklif edilən xartiyanı imzalayan tərəflər ölkənin Avropa kursuna xələl gətirən qanunların ləğvi, məhkəmə sisteminin azad edilməsi və ona etimadın bərpası, Ali Ədliyyə Şurasının köklü islahatı, seçki sisteminin təkmilləşdirilməsi və sair istiqamətdə addımlar atmalıdır.

Xartiyaya qoşulma məsələsinin iyunun 1-dək həll edilməsi təklif olunur. Prezident bu planı və yeni siyasi modeli Brüsseldə Aİ-yə üzvlük prosesini bərpa etmək və danışıqlara mümkün qədər tez başlamaq üçün tərəfdaşlara təqdim edəcək.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*