Sabirabad rayonunda biryaşlı uşağın üzərinə qaynar su tökülüb.
Konkret.az xəbər verir ki, hadisə rayonun Nəriman Nərimanov küçəsində baş verib.
Belə ki, 2018-ci il təvəllüdlü Özgür Əhmədov valideyn nəzarətindən kənar qalıb. Nəticədə çaydanın içərisində qaynar su onun üzərinə tökülüb. Körpə ağır yanıq xəsarətləri alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
