10 günlük körpəsinə süd verərkən dağıntılar altında qaldılar – FOTObackend

10 günlük körpəsinə süd verərkən dağıntılar altında qaldılar - FOTO

Minlərlə insanın həyatını itirdiyi zəlzələlərdən sonra axtarış-xilasetmə işləri davam edir. Bölgədən kədərli xəbərlərlə yanaşı, möcüzəvi hekayələr də eşidirik.

KONKRET.az xəbər verir ki, Hatayın Samandağ bölgəsində 90 saat sonra 10 günlük Yağız adlı körpəsi ilə birlikdə xilas edilən ana yaşadıqlarını İngiltərənin BBC telekanalına danışıb.

Necla Camuz möcüzəvi qurtuluşundan danışarkən bildirib ki, yanvarın 27-də dünyaya gələn ikinci oğluna Yağız adını verib. Cəmi 10 gün sonra saat 04:17-də Necla Hataydakı evində uşağına süd verərkən dağıntılar altında qalıblar. Samandağda müasir tipli beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yaşadığını deyən gənc ana bildirib ki, orada özünü təhlükəsiz hiss edib. Amma o da hamı kimi bir gün səhəri dağıntılar altında açacağından xəbərsiz olub.//Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*