10 ölkədə 48 milyon insan kəskin aclıqdan əziyyət çəkirbackend

10 ölkədə 48 milyon insan kəskin aclıqdan əziyyət çəkir

Somali, Haiti, Cibuti, Keniya, Niger, Əfqanıstan, Qvatemala, Madaqaskar, Burkina Faso və Zimbabvedə 48 milyon insan həddindən artıq qida çatışmazlığından əziyyət çəkir və sağ qalmaq üçün təcili yardıma ehtiyacı var. O cümlədən 18 milyonu ifrat aclıq vəziyyətindədir.

KONKRET.azİnterfax“a istinadən xəbər verir ki, bu barədə “Oxfam” xeyriyyə təşkilatının hesabatında yer alıb.

Təşkilat bildirib ki, münaqişələr və iqtisadi böhranlar aclığın əsas səbəbləri olaraq qalır.

Oxfam” hesabatında qeyd olunub ki, problem iqlim dəyişikliyi ilə daha da dərinləşib:

“Getdikcə artan iqlim dəyişikliyi yoxsulların aclıqla mübarizə və gələcək fəlakətlərə tab gətirmək qabiliyyətini zəiflədir”.

Qeyd edək ki, “Oxfam” dünyanın 90-dan çox ölkəsində fəaliyyət göstərən 17 təşkilatdan ibarət beynəlxalq birlikdir. Assosiasiyanın fəaliyyəti yoxsulluq və bununla bağlı ədalətsizlik problemləri həll etməkdən ibarətdir.

Bu arada, FAO (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) ofisinin direktoru Oleq Kobyakov ac insanların sayının artdığını bildirib. Onun sözlərinə görə, onların sayı COVID-19-dan sonra 150 milyon artaraq 828 milyon nəfərə çatıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*