Astarada lüzumsuz yerə DİN-in 102 xidmətə dəfələrlə zəng edib xidmətin iş rejimini pozan şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.
KONKRET.az xitab24.az-a istinadla xəbər verir ki, araşdırmalarla əməli törədənin 1965-ci il təvəllüdlü şəxs olduğu müəyyənləşib.
Sərxoş vəziyyətdə sözügedən əməli törəfən şəxs, daha sonra polisin qanuni tələbinə məhəl qoymaraq tabesizlik göstərib. O, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.
