Mərkəzi Bank 24 noyabr 2026-cı il tarixinə valyuta məzənnələrini açıqlayıb.
KONKRET.az xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Digər əsas xarici valyutalarda isə ucuzlaşma qeydə alınıb.
Belə ki, 1 avro 1,8548 manata, 100 Rusiya rublu 2,0745 manata, 1 Türkiyə lirəsi isə 0,0336 manata enib.
