ABŞ-ın Miçiqan ştatının polis əməkdaşları 12 yaşlı məktəbli tərəfindən oğurlanan yük maşınını bir saatdan çox təqib ediblər.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, saatda 15-20 mil (saatda təxminən 24-32 kilometr) sürətlə gedən yük maşını onlarla avtomobilə ziyan vurub, lakin xəsarət alan olmayıb.
Gənc cinayətkarı yaxalayan hüquq-mühafizə orqanları onu nəzarətə götürüb. Sonradan müəyyən edilib ki, çəkisi təxminən 15 ton olan yük maşını liseyin həyətində, kilidi açılmış və açarları kabinədə gizlədilmiş vəziyyətdə saxlanılıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az
