Prezidentin təltif etdiyi Hüseyn Quliyev KİMDİR? – DOSYEbackend

Prezidentin təltif etdiyi Hüseyn Quliyev KİMDİR? – DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Hüseyn Rzaqulu oğlu Quliyevi 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

KONKRET.az H.Quliyevin dosyesini təqdim edir:

Quliyev Hüseyn Rzaqulu oğlu 23 iyun 1946-cı ildə Naxçıvan şəhərində anadan olub. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxuyub. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb.

1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub.

1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləyib.

1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləyib.

1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olub.

1995–1997-ci illərdə “İDİL” Türk inşaat şirkətinin Rusiya nümayəndəliyi, 1997–2007-ci illərdə Rusiyanın “Trans-nafta” şirkətinin vitse-prezident vəzifəsində çalışıb.

2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.

2009–2012-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, İdarə rəisi, 2012-ci ildən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Evlidir, iki uşağı və üç nəvəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*