Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobilin aşması nəticəsində sərnişin-16 yaşlı Elmir İbrahimov ölüb.
Sürücü Ramil Quliyev və digər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo
