Dünya diplomatiyasında növbəti gərgin həftə başlayır. Bu dəfə danışıqlar masasının arxasında yalnız amerikalılar və ukraynalılar toplaşmır.
Avropa öz gələcəyinin müzakirəsində iştirak etmək niyyətindədir.
Axios-un məlumatına görə, noyabrın 19-da, cümə axşamı Berlində Ukrayna, ABŞ və Avropa dövlətlərinin nümayəndələrinin görüşü keçiriləcək.
Vaşinqtonu Donald Trampın iki əsas danışıqçısı, Stiv Uitkoff və Cared Kuşner təmsil edəcək.
MASANIN ÜSTÜNDƏ ÜÇ ƏSAS SUAL VAR:
Təhlükəsizlik zəmanətləri. Döyüş əməliyyatları dayandırıldıqdan sonra Ukraynanın müdafiəsini necə təmin etməli və Rusiyanın bir neçə ildən sonra yeni müharibəyə başlamasına necə yol verməməli?
Müharibədən sonrakı bərpa. Ukraynanın dağılmış şəhərlərini, sənayesini və infrastrukturunu necə canlandırmalı? İştirakçılar iqtisadi bərpa planını müzakirə etmək niyyətindədirlər, lakin konkret məbləğlər hələlik açıqlanmayıb.
Avropanın iştirakı. Danışıq prosesinə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa, Aİ və NATO nümayəndələri qoşulur.
Və burada ən maraqlısı başlayır.
KREML ARTIQ NARAZIDIR.
Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Rusiya Moskva ilə növbəti danışıq raundunda Avropa nümayəndələrinin iştirakına hələlik razılıq verməyib.
Yəni Ukraynaya soxulmuş və onilliklər ərzində Avropada ən böyük müharibəni başlatmış ölkə indi Avropa təhlükəsizliyini kimin müzakirə edə biləcəyini müəyyən etməyə çalışır.
Rahat diplomatiya, nə deyəsən.
BU ARADA TRAMP ÖZ DİPLOMATİK MANEVRİNƏ HAZIRLAŞIR.
Elə həmin cümə axşamı Amerika prezidenti Çində Si Cinpinlə və Putinlə görüşməyi planlaşdırır. Onun sözlərinə görə, Ukrayna mövzusu müzakirə mövzularından biri olacaq.
Amerikalı rəsmi Berlindəki danışıqları və Çindəki görüşü razılaşdırılmış diplomatik səylər adlandırıb.
LAKİN ƏSAS ŞEY DANIŞIQLARIN SAYI DEYİL.
Əsas şey onların nəticəsidir.
Çünki Ukrayna artıq Rusiya raketlərini dayandırmayan vədlərə çox baha ödəyib.
Sülh lazımdır. Lakin elə sülh ki, ukraynalı uşaqlar sakitcə yata bilsinlər, gecənin ortasında sığınacaqlara qaçmasınlar.
Natiq Səlim,
KONKRET.az
