Bu ilin aprel ayında yaşa görə aylıq sosial müavinət alanların sayı açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Sosial Müdafiə Fondu (DSMF) yayıb.
Bildirilib ki, 2026-cı ilin aprel ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 173 min 809 nəfər olub.
Qeyd edilib ki, həmin şəxslərin 61,7 faizini qadınlar, 38,3 faizini isə kişilər təşkil edib.
