19 qəpik verəcəklər – İşəgötürənin təklifi sosial şəbəkələri qarışdırdıbackend

19 qəpik verəcəklər – İşəgötürənin təklifi sosial şəbəkələri qarışdırdı

Hövsan ərazisində zeytun yığımı üçün işçi axtarışına dair elan ictimai qınaq doğurub.KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, elanda yığılan hər kiloqram zeytuna görə 19 qəpik ödəniləcəyivəd olunur.

150-200 nəfər işçinin tələb olunduğu ünvan Hövsan ərazisində, MİDA Yaşayış Kompleksinin yaxınlığında yerləşir.

Elana əsasən, iş saatları səhər 08:00-dan axşam 17:00-dək müəyyənləşdirilib. Yaş həddi 18-60-65 aralığında göstərilib. İşəgötürənin iddiasına görə, gün ərzində ən azı 100 kiloqram zeytun yığan işçinin qazancı 19 manat təşkil edir. Ödəniş isə hər 10 gündən bir verilir.

Elan sosial şəbəkələrdə yayıldıqdan sonra bir sıra istifadəçilər təklif olunan əməkhaqqının görüləcək işin ağırlığına uyğun olmadığını bildiriblər. Narazılıq doğuran əsas məqamlardan biri 9 saatlıq iş gününə görə qazancın cəmi 19 manat təşkil etməsi ilə bağlıdır.

Sosial şəbəkə istifadəçiləri hesab edir ki, 100 kiloqram zeytun yığmaq heç də asan iş deyil. Xüsusilə məhsulun kiçik ölçüdə olması nəzərə alınarsa, bu qədər zeytunun toplanması ciddi fiziki əmək və vaxt tələb edir. Hətta işçinin gün ərzində 100 kiloqram zeytun yığa bildiyini fərz etsək belə, aylıq qazancı 570 manatdan artıq olmayacaq. Bu məbləğ isə insanın gündəlik ehtiyaclarını və ailə xərclərini qarşılamaq üçün kifayət etmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*