20-dən artıq sürücü cərimə olundu – FOTObackend

20-dən artıq sürücü cərimə olundu - FOTO

Masallıda qaydalara əməl etməyən 20-dən artıq sürücü cərimə olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Məbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, yay turizm mövsümü ilə əlaqədar olaraq rayonlara gələnlərin sayının çoxalmasını və nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artmasını nəzərə alaraq yollarda baş verə biləcək qəzaların qarşısının alınması və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Masallı Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəzarət tədbirləri gücləndirilib.

Keçirilən nəzarət-profilaktiki tədbirlər nəticəsində sürücülük hüququ olmadan sükan arxasına keçən, sərnişindaşıma və yükdaşıma qaydalarını pozan, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edən, avtomobilin texniki baxışdan keçirilməsini təmin etməyən və digər qayda pozuntularına yol verən sürücülər aşkarlanıb.

Aşkarlanan qayda pozuntularının hər biri ilə bağlı qanunamüvafiq qaydada tədbirlər görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*