20 yaşlı gəncin böyrəyindən 101 ədəd daş çıxarıldıbackend

20 yaşlı gəncin böyrəyindən 101 ədəd daş çıxarıldı

Türkiyənin Kocaeli şəhərində 20 yaşlı gənc şiddəli böyrək ağrısı ilə xəstəxanaya müraciət edib.

KONKRET.az xəbər verir ki, bu barədə “TRTHaber” nəşri yazıb.

İlkin müayinədən sonta onun böyrəyində daş olduğu məlum olub. Həkimlər onun üzərində 3.5 saatlıq əməliyyat keçirib və böyrəyindən 101 daş çıxarılıb.

Həkimlər bir böyrəkdə 101 ədəd daşın əmələ gəlməsinin nadir hal olduğunu bildirib. Nəşr qeyd edib ki, mütəxəssislər böyrək xəstəliklərinə qarşı bol su içməyi məsləhət görür.

“Gündə iki litr sidik çıxarmaq üçün maye qəbul etdikdə, daş əmələ gəlmə ehtimalı 50-60% azalır”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*