Polad Həşimovun anasının son durumu açıqlandıbackend

Polad Həşimovun anasının son durumu açıqlandı

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb.

KONKRET.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) axaraz-a bildirilib ki, 1949-cu il təvəllüdlü pasiyentin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir.

“Hazırda pasiyentin ümumi vəziyyəti stabildir. Müalicəsi və səhhətinin dinamik müşahidəsi həkim nəzarəti altında davam etdirilir”, – deyə qurumdan vurğulanıb.

Qeyd edək ki, bir müddət öncə Səmayə Həşimova arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları ilə xəstəxanaya yerləşdirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*