Azərbaycanda güclü külək gözlənilir. Bir sıra şəhər və rayonlarda küləyin sürəti saniyədə 28 metrədək güclənəcək.
KONKRET.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti noyabrın 15-i gündüzdən 16-sı axşamadək Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edib.
Belə ki, Bakı və Abşeron yarımadasında, Hacıqabul, Xızı, Qusar, Neftçala, Ağstafa, Qazax, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən və Qobustanda narıncı xəbərdarlıq verilib. Həmin ərazilərdə şimal-qərb küləyinin sürətinin saniyədə 20,8-28,4 metrə çatacağı gözlənilir.
Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Salyan, Şirvan, Yevlax, Tərtər, Ağdam və Bərdədə isə sarı xəbərdarlıq qüvvədə olacaq.
Bu ərazilərdə qərb küləyinin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır.
