2019-cu ildə Moskvada 26 Həbib və 315 Yeseniya anadan olubbackend

2019-cu ildə Moskvada 26 Həbib315 Yeseniya anadan olub

Oğlanlar üçün ən nadir adlar Riçard Lev, Aleksandr Pol, Sezar və Oqneslav, qızlar üçün – Lukerya və Yefrosinya olub.

KONKRET.az Moskva hökumətinin və merinin saytına istinadən bildirir ki, VVAQ-ın paytaxt idarəsi 2019-cu ildə moskvalıların yeni doğulmuş uşaqlara qoyduğu ən nadir və ən qeyri-adi adları açıqlayıb.

Məsələn, 34 yeni doğulmuş oğlana Dobrınya, 26 uşağa isə Həbib adı verilib. Riçard Lev, Aleksandr Pol, Sezar, Ogneslav – bu adların hər birini bir körpə alıb. Ən nadir qadın adlarından ən populyarı Yeseniya olub – 315 doğulmuş moskvalı qıza bu ad verilib. Ancaq ən nadir qoyulan qız adları Lukerya və Yefrosinya (hər biri iki qıza), həmçinin Feofaniya (cəmi bir körpəyə) olub.

Çox vaxt uşaqlara adi adlar verilir: Aleksandr, Sofiya (Sofya), Mariya, Maksim. Oğlanlara ənənəvi Mixael, İvan, Artyom, Dmitri, Daniil, Mark, Lev və Matvey, qızlara isə Aleksandra, Anna, Alisa, Viktoriya, Polina, Anastasiya, Yelizaveta və Yeva adları daha çox qoyulur.

Həbib adının Rusiyada ən məşhur daşıyıcısı yüngül çəkidə MMA döyüşçüsü və UFC çempionu Nurməhəmmədovdur. Bu yaxınlarda idmançı İnstaqramın rus seqmentində abunəçi sayında Olqa Buzovanı üstələyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*