2019-cu ildən sonra Moskvadan Tbilisiyə ilk birbaşa uçuşbackend

2019-cu ildən sonra Moskvadan Tbilisiyə ilk birbaşa uçuş

Rusiyada Moskvanın Vnukovo hava limanından Gürcüstanın Tbilisi şəhərinə dörd ildən sonra ilk birbaşa uçuş həyata keçirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Moskva hava limanının onlayn məlumat tablosunda qeyd olunub.

Uçuş Rusiyanın “Azimut” aviaşirkəti tərəfindən həyata keçirilir.

Təyyarədə “Sülh Naminə Həmrəylik” ictimai təşkilatının sədri Merab Çikaşvilinin rəhbərlik etdiyi Gürcüstan nümayəndə heyətinin olduğu məlumdur.

Təyyarənin Moskva vaxtı ilə saat 12:38-də eniş edəcəyi gözlənilir.//Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*