Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Qərb ölkələri Rusiyaya qarşı vahid mövqe nümayiş etdirir.
KONKRET.az xəbər verir ki, Lavrov bu barədə TASS agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Avropa xaricdə “anti-Rusiya cəmiyyətlərini” dəstəkləyir və Rusiyada “qarışıqlıq yaratmağa” çalışır.
“Vəziyyət ciddi xarakter daşıyır. Prezident bunu gizlətmir. Özünü belə adlandıran “sivil dünya” bizə qarşı birləşib”, – deyə Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri əlavə edib ki, Qərbin planları barədə məlumat almaq üçün Rusiya mərkəzi televiziya kanallarına baxmaq lazımdır.
Lavrovun iddiasına görə, Qərb ölkələri Rusiyanı parçalamaq məqsədilə “gizli mübarizəni davam etdirmək üçün” vəsait toplayan xaricdə yaşayan rusiyalıları dəstəkləyir.
O, həmçinin bildirib ki, Böyük Britaniya və ABŞ Ukrayna vasitəsilə Rusiyaya qarşı mübarizə aparır.
Lavrovun sözlərinə görə, həmin ölkələr Ukrayna üçün yeni, yüksək texnologiyalı və dağıdıcı raket əleyhinə sistemlər istehsal edəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az
