“Azərbaycan Dəmir Yolları”na keytrinq xidməti göstərən şirkətin 180 mindən artıq vergi borcu varbackend

“Azərbaycan Dəmir Yolları”na keytrinq xidməti göstərən şirkətin 180 mindən artıq vergi borcu var

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sərnişin qatarlarında keytrinq xidmətləri (qida və içki təminatı) göstərən şirkətin – “Private Facility Management” (PFM) MMC-nin dövlətə borcu yaranıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, MMC-nin 183 308 AZN vergi borcu var.

Şirkətin qanuni təmsilçisi Cavid Elşad oğlu İsgəndərovdur.

“Private Facility Management” ADY-dən əlavə, “Aztelekom” MMC-yə, “Azercell” MMC-yə, “Bakubus” MMC-yə, Sumqayıt Texnologiyalar Parkına və başqa qurumlara xidmət göstərir. Dövlət şirkətlərinə göstərilən xidmətlərlə əlaqədar tenderlərin keçirilib-keçirilməməsi ilə bağlı isə məlumatlar yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*