“2022-ci ildən Putinlə danışmamışam”backend

“2022-ci ildən Putinlə danışmamışam”

Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə sonuncu dəfə 2022-ci ilin dekabrında telefonla danışdığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, Şolts bu barədə “Markische Allgemeine Zeitung” qəzetinə müsahibəsində danışıb.

“Bizim sonuncu telefon danışığımız 2022-ci ilin dekabrında olub. Buna qədər tez-tez danışırdıq”, – deyə kansler qeyd edib.

Onun sözlərinə görə, Ukraynada münaqişə başlamazdan bir neçə gün əvvəl Moskvada şəxsən Putinlə 4 saatdan çox danışıqlar aparıb.

Qeyd edək ki, tərəflər arasında telefonla sonuncu söhbət 2022-ci il dekabrın 2-də baş tutub. Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi bu söhbətin 1 saata yaxın davam etdiyini və Ukraynadakı münaqişəyə həsr olunduğunu açıqlamışdı.Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*