2024-cü ildə tikinti sektorunun ÜDM-dəki payı məlum oldubackend

2024-cü ildə tikinti sektorunun ÜDM-dəki payı məlum oldu

2024-cü ilin göstəricilərinə əsasən, tikinti sektorunun Ümumi Daxili Məhsulda payı 6,7 % təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 0,5 % çoxdur.

KONKRET.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, tikinti sektoru hər ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edir.

“Dünyanın bir çox yerində olduğu kimi, Azərbaycanda da tikinti sənayesi uzun illərdir iqtisadi inkişafın təməl daşlarından olmaqla yeni iş yerlərinin yaradılmasında və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynamaqdadır”, – komitə sədri qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*