Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdubackend

Türkiyə Sergen Yalçınla ilk oyununda uduzdu

Türkiyə millisi UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda Belçikaya 1:2 hesabı ilə məğlub olub.

KONKRET.az xəbər verir ki, qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən qarşılaşma İzmirdə baş tutub.

Türkiyə millisi 20-ci dəqiqədə Arda Gülerin cərimə zərbəsindən vurduğu qolla hesabı açıb. Lakin qonaqlar 27-ci dəqiqədə Kevin De Brüyne, 30-cu dəqiqədə isə Şarl De Ketelarenin qolları ilə önə keçiblər.

Beləliklə, Vinçenzo Montellanın gedişindən sonra millinin baş məşqçisi təyin edilən Sergen Yalçın yeni vəzifəsində ilk oyununda məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, Türkiyə millisinin müdafiəçisi Ozan Kabak sarı vərəqə aldığı üçün Fransa ilə növbəti qarşılaşmanı buraxacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*