Ağ Ev yaxınlığında atəş açan şəxs saxlanıldı – Videobackend

Ağ Ev yaxınlığında atəş açan şəxs saxlanıldı - Video

Vaşinqtonun mərkəzində, Ağ Ev yaxınlığında atəş açan şəxs saxlanılıb. Hadisənin məişət münaqişəsi zəminində baş verdiyi ehtimal olunur.

KONKRET.az “CBS News”a istinadən xəbər verir ki, bu barədə Vaşinqton Polis İdarəsinin rəis vəzifəsini icra edən Ceffri Kerroll mətbuat konfransında bildirib.

“Onun kimliyi barədə müəyyən təsəvvürümüz var. Hesab edirik ki, atəş açan şəxslə yaşayış kompleksinin rəhbərliyi arasında hansısa münaqişə olub”, – deyə Kerroll bildirib.

Qısa müddət davam edən qarşıdurmadan sonra şübhəli şəxs özünə odlu silahla xəsarət yetirib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları onun gizlənməyə çalışdığı mənzilə daxil olaraq şəxsi saxlayıblar. Kerroll bildirib ki, polis gələnədək hücum edən şəxs dörd nəfəri yaralayıb, bir nəfəri isə öldürüb.\\Oxu.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*