Transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıbbackend

Transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb

Azərbaycan ilə Ermənistan arasında transsərhəd çayların idarə olunması üzrə işçi qrupları yaradılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü zamanı müzakirə olunub.

Məlumata görə, liderlər ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayıb, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*