Sneyder bu kluba baş məşqçi təyin olundubackend

Sneyder bu kluba baş məşqçi təyin olundu

Niderland millisinin sabiq futbolçusu Vesli Sneyder məşqçilik karyerasına başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “VI.nl” məlumat yayıb. O, ölkəsinin 9-cu liqasında çıxış edən “Eminent Boys”un baş məşqçisi olub.

Utrext təmsilçisində Sneyder qardaşı Rodni ilə birlikdə çalışacaq. Rodni komandanın futbolçusudur. Klub ötən mövsüm 10-cu liqanın qalibi olub. “Eminent Boys” bazar ertəsi baş məşqçi Mustafa Talha ilə yollarını ayırıb, Sneyder isə ertəsi gün komandanın məşqinə rəhbərlik edib. Hazırda komanda yarımqrupunda 5-ci pillədədir.

Qeyd edək ki, 2019-cu ildə karyerasını bitirən Sneyder “Real”, “İnter” və digər klublarda çıxış edib. O, Niderland millisində 134 oyun keçirib və 31 qol vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*