Türkiyədə hərbi helikopter qəzaya uğradı – 4 nəfər həlak oldubackend

Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu

Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, helikopter naməlum səbəbdən Malatyanın Yeşilyurt rayonunun Samanköy ərazisində qəzaya uğrayıb.

“Helikopterimizin qalıqları aşkar edilib, dərhal axtarış-xilasetmə işlərinə başlanılıb”, – deyə nazirliyin açıqlamasında qeyd olunub.

Hadisə yerinə çoxsaylı təcili tibbi yardım, yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.

Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Qəzanın başvermə səbəbləri araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*