23 avtomobil toqquşdu – İstanbul yolu bağlandı / FOTOLARbackend

23 avtomobil toqquşdu - İstanbul yolu bağlandı / FOTOLAR

Anadolu magistralının Kocaeli hissəsində müxtəlif nöqtələrdə baş verən zəncirvari qəzalar səbəbindən İstanbul istiqamətində nəqliyyatın hərəkəti dayanıb.

KONKRET.az xəbər verir ki, qəzalar səbəbiylə İstanbul istiqaməti nəqliyyata bağlanıb.

Çox sayda insanın yaralandığı bildirilib. Son məlumata görə 11 nəfər yaralı var. Hadisədən dərhal sonra bölgəyə çox sayda təcili yardım, xilasetmə və polis qrupları sövq edilib. Qəzaların 4-də yaralanan 11 nəfər təcili yardım ilə ətrafdakı xəstəxanalara aparılıb. Yaralıların həyati təhlükəsinin olmadığı qeyd olunub.

Bir-birinə yaxın nöqtələrdə meydana gələn qəzalar səbəbiylə İstanbul istiqaməti nəqliyyata bağlanıb. Qəzaya səbəb olan avtomobillər yoldan çıxarıldıqdan sonra nəqliyyatın hərəkəti bərpa edilib.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*