Yava dənizində 243 sərnişin və heyət üzvünü daşıyan “Virgo Transport 8” gəmisində olan 103 nəfər müxtəlif gəmilərin köməyi ilə təxliyə edilib.
Xilas edilənlərdən biri həyatını itirib.
Hazırda 140 nəfərin axtarışı davam edir
***
İndoneziyada fırtına zamanı Yava dənizində üzən “Virgo Transport 8” gəmisi ilə əlaqə kəsilib.
KONKRET.az xəbər verir ki, bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.
Əməliyyat koordinatoru Putu Sudayananın sözlərinə görə, gəmi sonuncu dəfə Banjarmasindəki “SAR Basirih” körpüsündən təxminən 80 dəniz mili məsafədə olub.
Ekipajla əlaqə yerli vaxtla təxminən saat 2:00 radələrində hava şəraiti kəskin pisləşdikdən sonra kəsilib.
Gəmidə 243 nəfər olub.
Dəniz qüvvələri, su polisi, liman və naviqasiya xidmətləri axtarış işlərinə cəlb edilib.
