28 min işçisi olan məşhur şirkət iflas edir – Koronavirusa görəbackend

28 min işçisi olan məşhur şirkət iflas edir - Koronavirusa görə

Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (COVID-19) iqtisadiyyatın əksər sahələrinə mənfi təsir göstərir.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə İngiltərənin məşhur geyim və məişət əşyaları mağazası olan “Debanhams” iflasını açıqlamağa  hazırlaşır.

Bu barədə şirkətin rəhbəri Stefaan Vanstinkist açıqlama verib. Buna baxmayaraq o, bildirib ki, mağazanın onlayn satışları davam edəcək və koronavirusla bağlı qadağalar aradan qalxdıqdan sonra müştərilərə əvvəlki kimi xidmət göstəriləcək.

Qeyd edək ki, dünyada 220 mağazası olan və 242 illik tarixə malik olan “Debanhams” şirkətinin 28 min işçisi var.

Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*