29 Çin təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına DAXİL OLDUbackend

29 Çin təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına DAXİL OLDU

29 Çin hərbi təyyarəsi Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.

KONKRET.az xəbər verir ki, bu barədə adanın müdafiə departamenti “Twitter” səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, Çin Xalq Azadlıq Ordusunun (PLA) 29 hərbi təyyarəsi Tayvanın Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonasına daxil olub. 

Qeyd olunur ki, əməliyyatda qırıcılar, strateji bombardmançılar, sualtı qayıqlara qarşı təyyarələr və digər PLA təyyarələri iştirak edib.

Bundan əvvəl Çin Prezidenti Si Cinpin ordunun qeyri-hərbi fəaliyyətləri ilə bağlı sınaq qaydaları toplusunu dərc edən sərəncam imzalayıb. ABŞ hökuməti tərəfindən maliyyələşdirilən “Radio Free Asia” nəşri Çin hakimiyyətinin beləliklə, Tayvanda “qeyri-hərbi” əməliyyata hazırlaşdığını və adanı ələ keçirməyi planlaşdırdığını irəli sürüb.

İyunun 10-da Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian deyib ki, əgər kimsə Tayvanı Çindən ayırmağa cəhd edərsə, Pekin hərbi əməliyyatlara hazırdır.

Bəyanat ABŞ hakimiyyətinin Tayvana Çin hakimiyyətinin mümkün işğalı qorxusu ilə bağlı göstərilən hərbi yardımın həcmini artıracağına söz verdikdən sonra verilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*