29 sığorta agentinin lisenziyası LƏĞV EDİLDİbackend

29 sığorta agentinin lisenziyası LƏĞV EDİLDİ

Azərbaycan Mərkəzi Bankı (AMB) 29 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.

KONKRET.az xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar oktyabrın 5-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, onlardan 1-nin lisenziyası könüllü müraciət əsasında, 28-nin lisenziyası isə onun qüvvəsinin dayandırılmasına əsas vermiş hallarının müəyyən edilmiş müddətdə aradan qaldırılmaması səbəbi ilə ləğv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*