Dəmir yolunu keçən qadını qatar vurub.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yevlaxda baş verib.
Qatar yolundan keçən 1988-ci il təvəllüdlü Zülfiyyə Zamanovanı qatar vuraraq öldürüb.
Məlumata görə, qadın 3 övlad anası olub.
Faktla bagli araşdırma aparılır.
