Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun noyabrın sonunda Azərbaycana səfəri planlaşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, Rüstəm Minnixanovun başçılıq etdiyi işgüzar nümayəndə heyəti noyabrın 26-dan 30-dək Bakıda səfərdə olacaq.
Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.
Bundan başqa, birgə biznes forumun keçirilməsi də nəzərdə tutulub.
