Almaniyada vəhşilik: Türk taksi sürücüsü boğazı kəsilərək öldürüldü – FOTObackend

Almaniyada vəhşilik: Türk taksi sürücüsü boğazı kəsilərək öldürüldü - FOTO

Almaniyanın Berlin şəhərində yaşayan və taksi sürücüsü işləyən samsunlu Mustafa Akanın avtomobilində boğazı kəsilərək öldürüldüyü məlum olub.

KONKRET.az türk mediasına istinadən xəbər verir ki, hadisə iki gün əvvəl səhər saatlarında baş verib.

İddialara görə, Almaniya vətəndaşı olan 49 yaşlı Mustafa səhər tezdən taksi dayanacağına gedib və orada avtomobilinə bir nəfər əcnəbi müştəri minib. Və elə həmin gün ərazidən 7 kilometr aralıda onun boğazı kəsilmiş halda cəsədi tapılıb.

Alman polisi faktla bağlı araşdırmalara başlayıb.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*