Fransada kütləvi iğtişaşlar: polislə toqquşmalarda 60 nümayişçi yaralandıbackend

Fransada kütləvi iğtişaşlar: polislə toqquşmalarda 60 nümayişçi yaralandı

Fransanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları zamanı baş verən toqquşmalar və iğtişaşlar nəticəsində azı 60 aksiya iştirakçısı xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti təcili yardım xidmətlərinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, yaralılardan dördünün vəziyyəti ağırdır. Onların hansı şəraitdə xəsarət aldıqları barədə hələlik ətraflı məlumat verilmir.

Toqquşmalarda 18 polisin yaralandığı bildirilir. Lakin bu statistika dəqiq deyil. Belə ki, təkcə Marsel polis prefekturasının hesabatına görə, şəhərdəki iğtişaşlar və talanlar zamanı 19 asayiş keşikçisi yaralanıb. Parisdə isə etirazçıların yandırıcı maddələr atması nəticəsində bir neçə jandarm əməkdaşının ciddi yanıq xəsarətləri aldığı da bildirilir.

Qeyd edək ki, Fransa Daxili İşlər Nazirliyi keçirilən etiraz aksiyaları zamanı 511 nəfərin saxlanıldığını açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*