İrandan xəbərdarlıq: Bu yoluxucu xəstəliklər…backend

İrandan xəbərdarlıq: Bu yoluxucu xəstəliklər...

Tehran Tibb Elmləri Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının professoru Həmid Əmadi respirator xəstəliklərin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, hazırda yayılan COVID-19-un yeni subştamı əvvəlki variantlarla müqayisədə daha yoluxucudur və daha sürətlə yayılır.

Bununla belə, yeni variantın ölüm göstəricisinin əvvəlki mutasiyalarla müqayisədə nisbətən aşağı olduğu bildirilir.

Professor qeyd edib ki, koronavirusla mövsümi qripin eyni vaxtda yayılması epidemioloji vəziyyəti daha da çətinləşdirir. İnfeksiyalar xüsusilə ailələr arasında sürətlə yayılır. Yoluxma hallarının bütöv ailələr üzrə qeydə alındığı, uşaqların isə risk qrupunda olduğu vurğulanır.

Günay Əli
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*