4 klub cərimələndibackend

4 klub cərimələndi

Misli Premyer Liqasının IV turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan 4 klub ümumilikdə 2 800 manat cərimələnib.

KONKRET.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Sentyabrın 4-də keçirilən “Kəpəz” – “Şamaxı” matçında gəncəlilərin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimə edilib.

Sentyabrın 6-da baş tutan “Turan Tovuz” – “Sumqayıt” görüşündə də analoji hal yaşanıb. Meydan sahiblərinin 5, sumqayıtlıların 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 700 manat cərimə kəsilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*