4 rayonda su olmayacaqbackend

4 rayonda su olmayacaq

Sabah səhər saatlarına qədər Bakının Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə KONKRET.az-a “Azərsu” ASC-dən məlumat verib.

Onun sözlərinə görə, məhduyyətlərin yaranmasına səbəb paytaxtın mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) baş vermiş qəzadır. Qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*