41 yaşlı kişi evdən qaçan həyat yoldaşını və 3 övladını axtarır – FOTOLAR / VİDEObackend

41 yaşlı kişi evdən qaçan həyat yoldaşını və 3 övladını axtarır - FOTOLAR / VİDEO

Xəzər rayonu Binə südçülük sovxozu deyilən yaşayış massivinin sakini Tehran İmaməli oğlu Rüstəmovun ailəsi itkin düşüb.

KONKRET.az-a bu barədə T.Rüstəmov özü məlumat verib.

41 yaşlı ata deyir ki, bir aydan çoxdur həyat yoldaşı Turanə Taleh qızı Əsədovadan və üç övladımdan xəbər-ətər yoxdur.

Bildirir ki, həyat yoldaşı Turanə əvvəllər də bir neçə dəfə uşaqları ilə birlikdə evi xəbərsiz tərk edib. Və bir müddətdən sonra tapılaraq geri qaytarılıb:

“İki ay öncə də evdən çıxıb getmişdi. Uşaqları da özü ilə aparmışdı. Həmin vaxt Xalidə adlı (ad şərtidir – red.) qonşunun uşağı əsgərliyə gedirdi, qapısında yığıncaq keçirilirdi. Axşam qadınla nə danışdılarsa, səhər tezdən evdən çıxıb getdi. Həyat yoldaşım, ümumiyyətlə, həmin qadının evinə tez-tez gedib-gəlirdi. Axşamlar daha çox ayaq açmışdı ora. Qonşular danışırdılar ki, Turanənin əlaqə qurduğu Xalidə evində əxlaqsızlıqla məşğul olur. O da gecələr bu məqsədlə onun evinə gedir. Hara getdiyini soruşanda isə məni min cür bəhanə ilə aldadırdı. Həm də təhdid edirdi ki, döyüb-söysən, səni polisə verəcəm”.

Ata qadının övladlarını da ona qarşı çıxardığını bildirir: “Uşaqları da necə öyrədirdisə, onlar da mənə yalan danışırdılar”.

T.Rüstəmov deyir ki, qadını iki il öncə də evdən qaçıbmış: “Onda da mənə dedilər ki, Ramana qəsəbəsində həmin qonşu qadının qayını ilə birlikdə yaşayır”.

Qadının evdən bir neçə dəfə qaçması səbəbinə gəlincə, Tehran Rüstəmovun sözlərinə görə, ailədə ona qarşı heç bir zorakılıq və şiddət göstərilməyib: “Mən çöl adamıyam. Evlərdə usta işləri görürəm, səhər çıxıb axşam gəlirəm. Gələndə də evdə ona artıq-əskik bir söz demirəm.Təbiətcə çox mülayim, sakit insanam, söz-söhbətdən qaçıram”.

Ata deyir ki, avqustun əvvəllərindən bəri üzünü görmədiyi övladları Fatimə, Zəhra və Əli üçün çox narahatdır. 13 və 14 yaşında olan yeniyetmə qızlarından həm də ona görə bərk nigarandır ki, qonşulardan böyük qızının cinsi istismara məruz qalması ilə bağlı xəbərlər də eşidib:

“Məsələ ilə bağlı 102 xidmətinə də məlumat vermişəm. Amma hələ bir nəticə yoxdur. Turanə bölməyə öz adından kağız yazıb qoyub ki, “yoldaşımı istəmirəm, sərbəst həyat yaşamaq istəyirəm. Uşaqlara da nəsə olsa, özüm cavabdehəm”.

Eşitmişəm ki, bu dəfə də Xalidənin qaynı ilə qoşulub-qaçıb. Söz-söhbət gəzir ki, qızım da onun oğlu ilə yaxınlıq edib. Ona görə də çox narahatam, övladlarımın tez bir zamanda tapılmasını istəyirəm”.

Qeyd edək ki, Tehran Rüstəmov 20 ilə yaxındır Turanə Əsədova ilə ailəlidir. Rəsmi nigahları olmasa da, cütlüyün bu izdivacdan 3 övladı var.

KONKRET.az olaraq biz də öz növbəmizdə ailə üzvlərinin tezliklə tapılmasını istəyir, ana ilə uşaqların şəkillərini dərc etməklə tanıyanlardan aşağıdakı əlaqə nömrəsinə zəng vurmalarını xahiş edirik: 0(70) 341-01-11

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*