47 yaşlı qadını “tok” vurub öldürdübackend

47 yaşlı qadını "tok" vurub öldürdü

Kürdəmir rayonunda 47 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü Rəsulova Şəfa Baləli qızı yaşadığı evin hamamında çimərkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ş.Rəsulova iki uşaq anası idi. teleqraf.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*