Ukraynaya zərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb – YENİLƏNİBbackend

Ukraynaya zərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb

Rusiyanın Priluki şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə vilayət polisinin “Facebook”dakı məlumatında bildirilib.

“Priluki şəhərində raketin yaşayış binasına düşməsi nəticəsində 16 nəfər ölüb, onlardan 4-ü uşaqdır, 55 nəfər, o cümlədən 7 uşaq yaralanıb”, – məlumatda qeyd olunub.

Polisin məlumatına görə, 15 çoxmənzilli və 16 fərdi ev zədələnib. Axtarış-xilasetmə işləri davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*