2026-cı il Kimya üzrə Nobel mükafatı Fransa və Yaponiyadan olan alimlər Henri Kaqan və Kenzo Soaya “asimmetrik üzvi sintezdə qeyri-xətti effektlərin və avtokatalizin kəşfinə görə” verilib.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, Henri Kaqan Fransanın Paris-Sud Universitetinin, Kenzo Soa isə Yaponiyanın Tokio Elm Universitetinin əməkdaşıdır.
“Henri Kaqan və Kenzo Soai bir əsrdən çoxdur davam edən kimyəvi bir sirri həll ediblər: homoxirallığın necə öz-özünə yarana biləcəyini. Onların hazırladıqları kimyəvi reaksiyalar təsirlidir”, – deyə Nobel Kimya Komitəsinin sədri Heyner Linke qeyd edib.
Komitə əlavə edib ki, alimlərin kəşfi “kimyaçıların dərman istehsalı üçün reaksiyalar hazırlaması üçün həlledici rol oynayıb”.
2025-ci il Kimya üzrə Nobel mükafatı “metal-üzvi çərçivə strukturlarının hazırlanmasına görə” Susumu Kitaqavaya (Yaponiya), Riçard Robsona (Avstraliya) və Omar Yaqiyə (ABŞ) verilmişdi.
