AKP-dən Azərbaycanla bağlı son dəqiqə açıqlaması: “İmkan verməyəcəyik”backend

AKP-dən Azərbaycanla bağlı son dəqiqə açıqlaması: “İmkan verməyəcəyik”

“Türkiyə Ankara ilə Bakı arasına heç bir ölkənin və siyasi dairənin girməsinə imkan verməyəcək”.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və sözçüsü Ömər Çelik deyib.

O, iki ölkə arasında gərginlik olması ilə bağlı iddialara belə cavab verib:

“Biz iki dövlət, bir millətik və Azərbaycanla münasibətlərimizdə bu prinsipə sadiqik”.

Çelikin sözlərinə görə, Türkiyə və Azərbaycanın daxili siyasi gündəmlərində müəyyən fərqlər ola bilər. Lakin fikir ayrılıqları qardaşlıq ruhunda və açıq şəkildə müzakirə olunur.

O, bəzi ölkələrin Ankara ilə Bakı arasına girməyə çalışdığını vurğulayaraq, Türkiyənin buna qətiyyən imkan verməyəcəyini bildirib.

Çelik həmçinin Türkiyədə bəzi qrupların və sosial media istifadəçilərinin Azərbaycana qarşı hücumlarına toxunub.

O qeyd edib ki, bu şəxslərin hakim partiya və hökumətlə heç bir əlaqəsi yoxdur.

“Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri ifadə edən yeganə söz qardaşlıqdır. Bu qardaşlıq əbədidir və bundan sonra da eyni həmrəyliklə yolumuza davam edəcəyik”, – Çelik vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*